Broker kimdir?

Whoweare image

Broker Kimdir?

Tələb edən və təklif edən arasında əlaqəni formalaşdıran vasitəçi “broker” hesab olunur. Gömrük brokeri gömrük orqanı ilə idxal-ixrac edən arasındakı münasibəti və prosesi tənzimləyən vasitəçidir. Gömrük brokeri mal gətirən fiziki və ya hüquqi şəxsi gömrük orqanlarında təmsil edən səlahiyyətli şəxsdir. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, ölkədən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq müştərinin gömrük işlərini onun adından reallaşdıran hüquqi vasitəçidir. Gömrük brokeri öz fəaliyyətini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Dövlət Gömrük Komitəsinin qəbul etdiyi normativ hüquqi aktlara əsasən həyata keçirir. Gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokeri bəyannaməçi qismində çıxış edərək qeyd olunan yüklərin və nəqliyyat vasitələrinin gömrük bəyannamələrini tərtib edir.