Tam gömrük təmsilçiliyi

Tam gömrük təmsilçiliyi

Tam gömrük təmsilçiliyi adından da göründüyü kimi bütün gömrük rəsmiləşdirilməsi prosedurunda kompleks təmsilçilik xidmətidir. Tam gömrük təmsilçiliyi xidmətimizə istənilən gömrük proseduru ilə bağlı limitsiz konsultasiya, mallar və ya nəqliyyat vasitələri üçün müvafiq dövlət orqanlarından icazə və sertifikatların alınması, bütün növ gömrük bəyannamələrinin hazırlanması və gömrük rəsmiləşdirilməsinə dair digər əməliyyatları sifarişçinin əvəzindən icra edilməsi daxildir.

Mobil Broker idxal, ixrac, təkrar ixrac, müvəqqəti ixrac  proseduru zamanı sizi gömrük orqanlarında uğurla təmsil edir, mal və ya nəqliyyat vasitələrinizi sizin adınızdan rəsmiləşdirib, qısa zamanda təhvil verir. Yalnız bir etibarnamə ilə bütün gömrük əməliyyatlarınızı həyata keçirir.