Tələb edən və təklif edən arasında əlaqəni formalaşdıran vasitəçi “broker” hesab olunur. Yəni, broker satıcı ilə alıcı arasında, sığorta olunanla sığorta edən arasında, eləcə də əmlak sahibi ilə kirayəçi arasında vasitəçilik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxsdir.
Mobil Broker Gürcüstan, Almaniya, Koreya, ABŞ və digər ölkələrdən alınan avtomobillərin gömrük rəsmiləşdirilməsini həyata keçirir.
Bəli Mobil Broker online xidmət göstərir. Gömrük bəyannamələrinizin ən qısa vaxtda hazır olması üçün işdən və evdən ayrılmadan sənədlərinizi elektron poçt ünvanımıza göndərməyiniz kifayətdir.
Mobil Brokerdə tam gömrük təmsilçiliyi xidməti mövcuddur. Bütün növ idxal, ixrac, təkrar ixrac, müvəqqəti ixrac proseduru zamanı sizi gömrük orqanlarında uğurla təmsil edir, mal və ya nəqliyyat vasitələrinizi sizin adınızdan rəsmiləşdirib, ən qısa zamanda təhvil veririk.
300 dollar limiti keçən müştərilərimizin gömrük işlərində onlara yaxından köməklik edirik. Qısa vaxtda onların gömrük sənədləşmələrini həll edib, rüsumlar ödəndikdən sonra bağlamalarını gömrük ərazisindən çıxarıb təhvil veririk.
Mobil Broker Smart Customs-da səhv bəyan edilmiş mallar gömrük saxlancında qaldığı hallarda onların gömrük ərazisindən çıxarmasına köməklik göstərir.
Yüklərin daşınma xərcləri, gömrük rüsumları, yüklərin rəsmiləşdirilməsi və digər həyata keçiriləcək ödənişlərlə bağlı məlumatı öncədən təqdim edirik.
Gömrük rəsmiləşdirilməsi zamanı Sizi uzun növbələrdən xilas etmək üçün dövlət orqanlarından müvafiq icazə və sertifikatları qısa vaxtda alırıq.
Mobil Broker tərəfindən gömrük rəsmiləşdirilməsi yekunlaşdırılana kimi malların saxlanılması təmin edilir.
Avtonəqliyyat vasitələrinin gömrük rüsumu avtomobil alış qiyməti, buraxılış ili və mühərrik həcmindən asılı olaraq dəyişir.