“Qarabağda yenidənqurma işləri gömrük brokeri və logistika sahələrinə də öz müsbət təsirini göstərəcəkdir.”

“Qarabağda yenidənqurma işləri gömrük brokeri və logistika sahələrinə də öz müsbət təsirini göstərəcəkdir.”

- Vüsal bəy xoş gördük, daha öncə marja.az saytında müsahibəniz yayımlanmışdır. Zəhmət olmasa, yeni oxucularımız üçün bir daha qısaca Mobil Group-un fəaliyyəti haqqında məlumat verərdiniz.

- Qeyd etdiyiniz kimi, Mobil Group şirkətlər qrupudur. Bura Mobil Broker, Mobil Logistics və Mobil Express (red. Mobex), Mobil Technologies şirkətləri daxildir.

 

Mobil Broker - kompleks gömrük təmsilçiliyi xidməti təklif edən gömrük brokeri şirkətidir. Mobil Broker gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçi rolunu oynayır. Vətəndaşlara və sahibkarlara idxal və ixrac zamanı bütün gömrükləmə işlərində yaxından dəstək olur. Onların adından gömrük rəsmiləşdirilmələrini həyata keçirib, qısa vaxtda təhvil verir.

 

Mobil Logistics - sürətli beynəlxalq daşımaları həyata keçirən etibarlı logistika şirkətidir. Şirkət  dörd nəqliyyat yolu ilə - hava yolu, quru yolu, dəmiryolu və su yolu ilə yükdaşıma imkanına malikdir. “Mobil Logistics” dünyanın aparıcı hava yolları daşıyıcıları ilə də sıx əməkdaşlıq edir, IATA və FIATA kimi beynəlxaq təşkilatların üzvüdür.

 

Mobil Express (Mobex) - Türkiyə və Amerikadan bağlamaların hava yolu vasitəsilə sürətli daşınması ilə məşğuldur. Hazırda iki yerdə  - Nizami və Həzi Aslanov metro stansiyası yaxınlığında olan filiallarımız ilə müştərilərə xidmət göstəririk. Yaxın gələcəkdə müştərilərin sifarişlərini əldə etmələri üçün filial və məntəqə saylarını genişləndirməyi planlaşdırırıq. Şirkətimiz müştəri məmnuniyyəti üçün onların istəklərini maksimum nəzərə alır.

 

Yeni təsis edilmiş Mobil Technologies isə əsasən texnoloji həllər və elektron biznes idarəetmə platformaları təklif edən informasiya texnologiyaları və proqramramlaşdırma şirkətidir. Şirkət yaxın gələcəkdə kiber təhlükəsizlik xidmtələrini də təklif etməyi planlaşdırır. Hazırda Mobil Technologies xidmət sahəsini genişləndirməkdədir. Bunun üçün bir neçə nüfuzlu xarici texnologiya şirkətləri ilə əməkdaşlıq üçün danışıqlar aparılır.

 

Ümumilikdə bütün bu şirkətlərimiz müştəri məmnuniyyətini əsas tutaraq ölkənin biznes mühitinə fayda verməyi hədəfləyir.

 

- Necə düşünürsünüz, müasir biznes mühitində sahibkarlar arasındakı əlaqələrin, biznes görüşlərinin, toplantıların əhəmiyyəti nədən ibarətdir?

- Ölkədə əlverişli biznes mühitinin yaradılması ilə bərabər, sahibkarlar arasında əlaqələrin qurulması, netvörkinqin (şəbəkələşmənin -red) təşkil edilməsi, dövlət və özəl sektor arasında münasibətlərin tənzimlənməsi çox vacibdir.  Müasir biznes mühiti hər zaman dinamik olmağı, şirkətlərarası ünsiyyəti, daim yeniliklərə açıq olmağı tələb edir. Düşünürəm ki, bütün bu amilləri nəzərə alaraq  iş adamları, menecerlər, sahibkarlar mütəmadi görüşməli, bilik və təcrübə paylaşımı etməlidirlər. 

 

Biz Mobil Group olaraq “Azərbaycan Sahibkarlar Konfederasiyası”-nın, “Caspian Energy Club”-un və “Gəncə İş Adamları Birliyinin” üzvüyük və təşkilatların təşkil etdiyi tədbirlərdə hər zaman iştirak edirik. Yeri gəlmişkən qeyd edim ki, bu il “Caspian Energy Club” un təşkil etdiyi  1-ci milli “CEO Award Azerbaijan” müsabiqəsində qaliblərdən biri olduq. Bu bizim üçün əhəmiyyətli qalibiyyət idi. Bundan başqa ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Biznes Forumunda sponsor olaraq iştirakımızı buna misal göstərə bilərik. Yaxın zamanlarda KOBSKA, MÜSİAD kimi nüfuzlu təşkilatlara üzv olmağı planlaşdırırıq. Bütünlükdə, həm ölkə biznesinin inkişafı, həm də şirkətlərin qarşılıqlı əməkdaşlıqları üçün bu cür tədbirlərin əhəmiyyətinə diqqət çəkmək istərdik.

 

- Qeyd etdiniz ki, Mobil Group Bakının ev sahibliyi etdiyi 25-ci Beynəlxalq Biznes Forumunun sponsorlarından biri idi. Siz bu tədbirin əhəmiyyəti nədə görürsünüz?

 

 

- Əlbəttə, IBF-in təşkil etdiyi bu cür nüfuzlu bir forumun Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir.  İştirakçı ölkələr, xüsusilə də  Azərbaycan və  Türkiyə iş adamlarının arasında əməkdaşlığın genişləndirilməsi və çoxtərəfli biznes platformalarının yaradılmasında bu forum əhəmiyyətli rola malikdir. Eyni zamanda bu forum yerli və xarici investorlar arasında əlaqələrin inkişafı və yeni layihələrin reallaşdırılması üçün yaxşı zəmin yaradır. Biz Mobil Group olaraq bu cür nüfuzlu tədbirin sponsoru olmaqdan məmnunluq duyuruq. Belə tədbirlərin davamlı olmasını diləyirik. Ümumilikdə, ölkə iqtisadiyyatının inkişafına tövhə verən bu növ  tədbirlərin keçirilməsini Mobil Group olaraq hər zaman dəstəkləyirik.

 

- Vüsal bəy, qeyd edlilir ki, bu tədbirin bu il Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də Qarabağın işğaldan azad edilməsidir. Siz bu imkanları necə dəyərləndirirsiniz?

- Ötən il Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə çalması və işğal altında olan torpaqları azad etməsi ilə Qarabağ bölgəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin geosiyasi vəziyyəti dəyişmiş və yeni geosiyasi mərkəzə çevirilmişdir. Təsadüfi deyil ki, 1 il ərzində bu bölgədə ciddi və sürətli quruculuq işləri görülmüşdür. Qarabağın investisiya potensialının getdikcə artması fonunda Beynəlxalq Biznes Formu  çərçivəsində edilən çıxışların, qarşılıqlı fikir mübadilələrinin işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi infrastrukturun yenidən qurulması, inşaat və turizm sahəsində işlərin görülməsi baxımından vacibdir.  Yenidənqurma işləri özünü daha çox yaşayış və ictimai obyektlərin tikilişi, yolların çəkilməsi kimi yeni infrastruktur layihələrində göstərir. Bu da, öz növbəsində broker və logistika sahəsinə öz təsirini göstərəcəkdir. Bütövlükdə, həm region, həm də digər  dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, ölkəmizin idxal-ixrac həcminin artması, təbii olaraq  gömrük brokerliyi və logistika sahəsinin inkişafına səbəb olmaqdadadır.

 

-  Bəs siz Mobil Group olaraq ölkədə gömrük brokerliyi və logistika sahəsinin bu inkişafının fonunda hansı faydalar verə bilərsiniz?

 

- Biz Mobil Group olaraq Qarabağa investisiya yatıran şirkətlərə yüklərinin beynəlxalq daşınmasında logistik həllər və gömrük əməliyyatlarında  təmsilçilik xidmətimizlə dəstəyik, onlara bu sahədə kompleks həllər təklif edirik. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, Gəncə şəhərində yeni fəaliyyətə başlamış Qərb Ərazi Baş Gömrük idarəsi filialı vasitəsilə Qarabağ bölgəsinə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi daha da asanlaşmışdır. Xidmət sferasının və keyfiyyətinin artırılması Qarabağın investisiya potensialının üzə çıxarılması və inkişafına öz töhvəsini verməkdədir. Biz də Mobil Group olaraq xidmət imkanımız və keyfiyyətimizlə bu inkişafa dəstək olmağa çalışırıq. Gömrük əməliyyatları üzrə sahibkarların maarifləndirilməsi, bu sahədə xidmətin elektronlaşdırılması və xidmətin daha əlçatan olması  “Sahibkarın Dostu” mövqeyini əsas tutan Mobil Group şirkətinin prioritet istiqamətidir.

 

- Müsahibə üçün təşəkkür edirik.

 

07 apr, 2022