“Mobil Group” Bakıda keçirilən IBF 2021 konfransının sponsoru oldu

“Mobil Group” Bakıda keçirilən IBF 2021 konfransının sponsoru oldu

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forumuna (IBF) start verildi. “Mobil Group” şirkəti bu beynəlxalq forumun sponsorudur.

Forumun Azərbaycanda keçirilməsi iştirakçı ölkələr, xüsusilə də 🇦🇿 Azərbaycan və 🇹🇷 Türkiyə iş adamlarının arasında əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli rola malikdir.

Forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağa investisiya imkanları barədə təqdimatlar keçirilir.

 

01 fev, 2022