Mayın 14-də Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) 5-ci Seçkili Ümumi Yığıncağı keçirilib.
Mayın 14-də Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) 5-ci Seçkili Ümumi Yığıncağı keçirilib. Ümumi yığıncaqda Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri iştirak edib. Açılış nitqi ilə çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat TÜİB-in fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə Qurumun rəhbərliyinə, idarə heyətinə və nəzarət təftiş komissiyasına seçkilər keçirilib. Şəffaf və demoktratik şəraitdə keçirilən seçkilərdə «Mobil Group» MMC-nin direktoru Vüsal Xəlilov Nəzarət və Təftiş komissiyasının üzvü olaraq seçilib. Vüsal bəyi təbrik edirik və bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik!
03 noy, 2022