"Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır"

"Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır"

Bir Logistika şirkətinin rəhbəri kimi ölkənin geosiyasi mövqeyini necə dəyərləndirirsiniz?

- Hazırda Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Ölkəmiz üçün geosiyasi mənzərə dəyişilmişdir və regional geosiyasi mərkəzə çevrilmişik. Xüsusən ikinci Qarabağ müharibəsi sonrası qalibiyyət bu mənzərənin dəyişməsində ciddi rol oynayıb. Bütün bunlar ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursunun nəticəsində mümkün olub. Təsadüfi deyil ki, böyük dövlətlər indi Azərbaycanla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Respublikanın daxili resursları və beynəlxalq aləmdə bir daha təsbit edilmiş mövqeyi bu yanaşmanın formalaşmasına şərait yaradıb. Beynəlxalq əməkdaşlıqlar əslində ticari əlaqəlar, yeni imkanlar deməkdir. 2020-2025-ci illər üçün hazırlanmış "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" planı ölkədə logistikanın inkişafına ciddi təkan verib, geoiqtisadi və nəqliyyat-logistika istiqamətlərində Azərbaycanı regionun mərkəzinə çevirib. Plana əsasən Azərbaycanın 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə daha cəlbedici ölkə olmaq və mühüm qovşağa çevrilməsi nəzərdə tutulub.

2025-ci ildən sonrakı dövr üçün uzunmüddətli perspektivdə Azərbaycanın hədəfi digər ölkələrlə güclü əlaqələri olan logistika və ticarət mərkəzlərini səmərəli idarə edərək, regionda mühüm qovşağa çevrilməkdir.

Ümumilikdə Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır. Biz də “Mobil Logistics” olaraq xidmət imkanı və keyfiyyətimizlə bu inkişafa dəstək olmağa çalışırıq. Ölkə iqtisadiyyatına, xüsusən fəaliyyət sahəmiz üzrə respublikamızda logistikanın inkişafına töhvə vermək bizim prioritet mövzumuzdur və buna görə Azərbaycanın geosiyasi mənzərəsi daim diqqət mərkəzimizdədir.

Qeyd etdiyiniz kimi genişlənən Logistik imkanlar şirkətinizə nə kimi təsir edib və ümumilikdə Mobil Logistics olaraq şirkətinizin fəaliyyət və istiqamətləri nədən ibarətdir?

- Perspektivdə işğaldan azad olunmuş ərazilərdə yeni yolların çəkilməsi, qonşu ölkələrlə keçmiş sərhədlərin bərpa olunması, ciddi iqtisadi və logistik əhəmiyyətə malik Zəngəzur dəhlizinin yaradılması həm ölkə daxili yükdaşımalarında həm də tranzit ölkə olaraq beynəlxalq yük daşımalarında yeni səhifə açmış olacaqdır. Təbii ki, logistika şirkəti olaraq bu bizim fəaliyyətimizə bir başa təsir edən amildir.

Mobil Logistics Beynəlxalq yük daşıma şirkətidir. Hava yolu, yerüstü, dəmiryolu və su nəqliyyatı ilə dünyanın dörd bir tərəfindən Azərbaycana, həmçinin əks istiqamətlərdə yüklərin daşınmasını təşkil edir. “Mobil Logistics” də bizim üçün əsas mövzu etibarlı və təhlükəsiz yük daşımasıdır. Mobil Logistics dünyanın aparıcı hava yolu daşıyıcıları ilə sıx əməkdaşlıq edir və beynəlxalq təşkilat olan FIATA-nın üzvüdür.

Bilirik ki, Beynəlxalq yük daşınmasının vacib mərhələlərindən biri gömrük rəsmiləşdirilməsidir. Eyni zamanda gömrük brokeri şirkətinin sahibi olaraq prosesə necə dəstək olursunuz?

- Bəli, gömrük rəsmiləşdirilməsi idxal və ixrac əməliyyatı zəncirinin ən vacib halqasıdır. Yüklərini daşıdığımız Müşətərilərə eyni zamanda gömrük rəsmiləşdirilməsi əməliyyatlarında dəstək göstərməklə kompleks xidmət göstəririk. Bu, Müştərilər üçün böyük üstünlükdür. Bizə müraciət etmənizlə birbaşa iştirakınız olmadan yükünüzün qapıda qapıya çatdırılması üçün bütün daşınma və gömrük rəsmiləşdirilmə əməliyyatlarını icra edib yükünüzü Sizə təhvil veririk. “Mobil Broker” olaraq Tam gömrük təmsilçiliyi xidməti ilə gömrük məntəqələrinə getmədən, müştərinin adından bütün gömrük əməliyyatların həyata keçiririk. Eyni zamanda “Mobil Logistics” –də olduğu kimi ödənişsiz konsultasiya və onlayn müraciət imkanı ilə müştərilərimizi əlavə vaxt itkisi və xərclərdən azad edirik.

- Necə düşünürsünüz ? Logistika xidməti alan və ya bunu daxili imkanlar hesabına edən şirkət sahibləri əsasən hansı problemlərlə qarşılaşırlar və nələri bilməlidirlər?

- Sahibkarlarımızın bilmələrində fayda olan bəzi məqamları diqqətinizə çatdırıram. Yaxşı olardı ki, idxal və ixrac prosedurları ilə tanış olsunlar. Məhsullarının kateqoriyasına əsasən lazım olacaq sənəd və sertifikatları təyin etsinlər. Məhsullarına əsasən idxal və ya ixracını həyata keçirəcəkləri daşıma vasitəsini doğru təyin etsinlər. Daşıma xərclərini hesablayarkən yüklərinin yalnız netto çəkisi ilə deyil brutto çəkisini də nəzərə alınmalıdır. Adətən Sahibkarların qarşılaşdığı problemlərdən biri surpiz xərclər olur. Hərçənd ki, bu xərcləri öncədən müəyyənləşdirmək mümkündür.

“Mobil Logistics” in bu problem və mövzularla bağlı təklifi nədir?

- “Mobil Logistics” olaraq bütün idxal və ixrac əməliyyatlarınızı bizə etibar edə bilərsiniz. Onlayn müraciət imkanından istifadə edərək işinizdən ayrılmadan yüklərinizin daşınmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirib yüklərinizi qapınızda təhvil veririk. Əməkdaşlığa başlamazdan öncə ödənişsiz konsultasiya xidmətimizlə bütün prosedur qaydaları ilə ətraflı tanış olursunuz və yarana biləcək problem və xərclərdən özünüzü sığortalamış olursunuz. Sizə məhsulunuzun kateqoriyasına əsasən daşınması üçün optimal logistik həllər təklif edilir. Kompleks xidmətimizdən yararlanaraq zamanınıza və xərclərinizə qənaət etmiş olacaqsınız. SAHİBKARIN DOSTU olaraq əsas məqsədimiz işlərinizi maksimum asanlaşdırmaqdır.

28 yan, 2022