23 Avqust Marsol şirkəti partnyorları ilə birgə “Ofis Ziyarəti” çərçivəsində...

23 Avqust Marsol şirkəti partnyorları ilə birgə “Ofis Ziyarəti” çərçivəsində...

23 Avqust Marsol şirkəti partnyorları ilə birgə “Ofis Ziyarəti” çərçivəsində “Mobil Group”-u ziyarət etdi. Qonaqları “Mobil Group”-un rəhbəri Vüsal Xəlilov qarşıladı. Ofis ziyarətində iştirak edən qonaqlarla tanışlıqdan sonra Vüsal bəy Mobil Group –a daxil olan şirkətlərin xidmətləri haqqında ətraflı məlumat verdi. Daha sonra qonaqlar Mobil Group-un baş ofisində yerləşən şöbələrin fəaliyyəti ilə yaxından tanış oldular. Ümumilikdə görüşün, şirkətlərin biri digərinin fəaliyyət sahəsini yaxından tanıması və qarşılıqlı əməkdaşlıqların başlanması baxımından uğurlu keçdiyini hesab edirik. Mobil Group adından bütün qonaqlara gəldiklərinə və Marsol şirkətinə təşkilatçılığına görə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik.

03 noy, 2022