Haqqımızda

Mobil Broker

Bizim Haqqımızda

MOBİL GROUP məhsulu olan Mobil Broker MMC beynəlxalq təcrübə əsasında qurulan müasir gömrük təmsilçiliyidir. Mobil Broker 2017-cı ildən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. Böyük şəbəkəyə sahib olan şirkət kompleks gömrük xidmətləri təklif edir. Fiziki və ya hüquqi şəxslərə idxal və ixrac əməliyyatlarından yaxından köməklik edir. 

300

ƏmƏkdaşlıq

5

Filial

100

İşçi Heyəti

3

İl Təcrübə

3

Yıllık
Deneyim

MOBİL GROUP məhsulu olan Mobil Broker MMC beynəlxalq təcrübə əsasında qurulan müasir gömrük təmsilçiliyidir. Mobil Broker 2017-cı ildən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. Böyük şəbəkəyə sahib olan şirkət kompleks gömrük xidmətləri təklif edir. Fiziki və ya hüquqi şəxslərə idxal və ixrac əməliyyatlarından yaxından köməklik edir. “Mobil Broker” yerli və xarici vətəndaşlara, qurumlara göstərdiyi geniş xidmət diapazonu ilə öz sahəsində analoqu olmayan yerli brendir.

Şirkət illərlə gömrük sferasında çalışan, peşəkar mütəxəssislərdən ibarət dinamik komandaya malikdir. Punktual və pozitiv personalı ilə operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərir. Günü-gündən böyüyən Mobil Broker hazırda 5 filialı ilə vətəndaşların xidmətindədir.

“Mobil Broker” olaraq, biz gömrük əməliyyatları zamanı müştərilərimizin vaxt itkisi və xərclərini minimuma endirməyə çalışırıq. Fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır və bütün fəaliyyətimizi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçiririk.

Məqsəd

Mobil Broker olaraq, işimizin məqsədi yerli və xarici vətəndaşlara, fiziki və hüquqi şəxslərə Azərbaycan gömrük fəaliyyəti zonasında bütün gömrük məsələlərində yardımçı ola bilməkdir.

Hədəf
Bizim məqsədimiz yenilikçi addımlarla xidmət diapozonumuzu artırmaq, fəaliyyət sahəmiz üzrə ölkədə və beynəlxalq miqyasda öndə gələn qabaqcıl şirkət olmaqdır.

Prinsiplər
Operativlik, şəffaflıq, dəqiqlik və məsuliyyətlilik - Biz iş prinsiplərimizlə müştərilərimizin işlərini ən minimum vaxtda, ən şəffaf şəkildə yerinə yetiririk. Dəqiqliklə çalışıb, müştəriləri olabiləcək mümkün cərimələrdən qoruyur və bütün məsuliyyəti öz üzərimizə götürürük.

Dəyərlər
Bizim gömrük işimizin mərkəzində müştəri fenomeni dayanır. İş prinsiplərimiz də müştəri məmnuniyyəti köklənib. Biz müştəri və broker dostluğuna inanır, əlaqələrimizi bütün mənafelərdən üstün tuturuq.

Sürətli gömrük təmsilçiliyi

Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi və onların hüquqlarının qorunması