Broker Kimdir

Broker kimdir?

Tələb edən və təklif edən arasında əlaqəni formalaşdıran vasitəçi “broker” hesab olunur. Yəni, Broker satıcı ilə alıcı arasında, sığorta olunanla sığorta edən arasında, eləcə də əmlak sahibi ilə kirayəşin arasında vasitəçilik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxsdir.

Broker maliyyə dünyasında olduqca məşhur bir ifadə olması ilə bərabər, həmçinin bir-birindən tamamilə fərqlənən sahələrdə vasitəçilik rolunu həyata keçirən şəxslərə ümumi olaraq verilən addır. Sığorta brokeri, əmlak brokeri, gömrük brokeri, gəmi brokeri, birja brokeri və s. kimi yayılmış növləri var.

Gömrük brokeri gömrük orqanı ilə idxal-ixrac edən arasındakı münasibəti və prosesi təmzimləyən vasitəçidir. Gömrük brokeri gömrük təmsilçiliyi də adlanır – yəni mal gətirən fiziki və ya hüquqi şəxsi gömrük orqanlarında təmsil edən səlahiyyətli şəxs.

Gömrük brokeri malların və nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, ölkədən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq müştərinin gömrük işlərini onun adından reallaşdıran hüquqi vasitəçidir. Gömrük brokeri öz fəaliyyətini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Dövlət Gömrük Komitəsinin qəbul etdiyi normativ hüquqi aktlara əsasən həyata keçirir.

Gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokeri bəyannaməçi qismində çıxış edərək qeyd olunan yüklərin və nəqliyyat vasitələrinin gömrük bəyannamələrini tərtib edir.

Sürətli gömrük təmsilçiliyi

Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi və onların hüquqlarının qorunması